Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.03.2026 | 10:00 | Baxılıb: 1517
Misli Premyer Liqasının XXX turunda bu gün daha iki oyun keçiriləcək.

“gece.ws” xəbər verir ki, ilk olaraq “Sabah” “Şamaxı”nın qonağı olacaq.

Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki “Sabah”ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında isə “Zirə” “Qəbələ”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq. “Qartallar” 46 xalla beşinci, “Qəbələ” 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.