Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.28.2026 | 02:43 | Baxılıb: 14636
Şamaxıda zəlzələ olub.

“gece.ws” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 15:52-də baş verən zəlzələnin maqnitudası 4.7 olub.

Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Sosial şəbəkə istifadəçiləri sözügedən zəlzələnin Bakı və Sumqayıt ərazisində də hiss edildiyini yazıblar. 

***

Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib.

Yeraltı təkanın dərinliyi 10 km təşkil edib.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

***

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb. 3 maqnitudalı zəlzələ hiss olunmayıb.

Saat 00.36-da qeydə alınan təkanın dərinliyi 8 km təşkil edib.

***

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda 3,4 maqnitudalı daha iki zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***

Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda 3,8 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***

Bu gün yerli vaxtla 08:31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə, Şamaxı rayonunda 3.0 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar 13 km dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.