Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 15:09 | Baxılıb: 961
AFFA İntizam Komitəsi “Şamaxı”nın futbolçusu Dioqo Balaunu 2 oyunluq diskvalifikasiya edib.

“gece.ws” xəbər verir ki, buna yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunda keçirilən “Zirə” – “Şamaxı” oyununda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.

Həmçinin buna görə bölgə təmsilçisi1 000 manat cərimə edilib.

Turun “Araz-Naxçıvan” – “Sabah” oyununda ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

Oyundan sonra naxçıvanlıların baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb. Mütəxəssis 1 oyunluq cəza alıb, klub isə əlavə olaraq 2 500 manat ziyana düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.