Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.14.2026 | 13:49 | Baxılıb: 5089
Azərbaycan və Portuqaliya millisinin keçmiş baş məşqçisi Fernandu Santuş maraqlı açıqlama verib.

“gece.ws"in məlumatına görə, təcrübəli mütəxəssis Messi və Ronaldonu müqayisə edib.

“Dahilər müqayisəolunmazdır. Bethoven, yoxsa Motsartı üstün tutursunuz? Onlar təbiətcə dahidirlər. Messi və ya Ronaldonun stilinə üstünlük verə bilərsiniz. Belə olanda yalnız bir yolla gedə bilərik – titul baxımından nələrə nail olduqlarına baxın. Kriştianu məhz burada qalib gəlir”, - F.Santuş bildirib.

Qeyd edək ki, 38 yaşlı Messi karyerasında 963 matçda 787 qol vurub və 383 məhsuldar ötürmə edib, 40 yaşlı Ronaldo isə 1076 klub oyununda 812 qol vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.