Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.07.2026 | 11:57 | Baxılıb: 1259
Azərbaycan I Liqasında çıxış edən “Səbail”in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb.

“gece.ws” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin XX turda, “Baku Sportinq”lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. A.Şükürovun bu hərəkətinə görə kluba 3000 manat cərimə tətbiq edilib.

Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. “Səbail” buna görə isə 1500 manat ziyana düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.