Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.12.2026 | 17:11 | Baxılıb: 4649
“Sədərək” Ticarət Mərkəzində bıçaqlanma olub.

“gece.ws"in əldə etdiyi məlumata görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiyev paytaxt sakini 1979-cu il təvəllüdlü Faiq Arif oğlu Abbasovla mübahisə edib.

İlkin məlumata əsasən, Vüqar Faiqin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

V.Xudaverdiyev polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, bıçaqlanan Faiq Abbasov sahibkardır, bir neçə geyim mağazasının sahibidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.