Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.15.2026 | 19:20 | Baxılıb: 2331
“Şəfa” klubu Azərbaycan I Liqasının 26-cı turunda çempionluğunu rəsmiləşdirərək Premyer Liqaya vəsiqə qazanıb.

“gece.ws” xəbər verir ki, turnirin lideri Binə qəsəbə stadionunda “Cəbrayıl” kollektivi ilə qarşılaşıb.

Gərgin keçən görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən Elgiz Kərəmlinin rəhbərlik etdiyi komanda xallarını 57-yə yüksəldib. Bu qələbə ilə “Şəfa” mövsümün bitməsinə bir tur qalmış ən yaxın izləyicisi olan “Səbail”i 7 xal qabaqlayaraq çempionluğunu elan edib.

Bu nəticə isə “Şəfa”nın növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirakını təmin edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.