Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2026 | 21:00 | Baxılıb: 1526
“Səfərin ləğvi müharibəyə qayıdış demək deyil”.

“gece.ws” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”un müxbiri Barak Ravidlə telefon danışığında deyib.

O bildirib ki, Prezidentin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İranla danışıqların yeni mərhələsi üçün Pakistana planlaşdırılan səfərinin ləğvi müharibənin yenidən başlanacağı anlamına gəlmir.

“Xeyr, bu o demək deyil. Biz hələ bu barədə düşünməmişik”, – Tramp vurğulayıb.

O, Uitkoff və Kuşnerin Pakistana göndərilməməsinin vəziyyətin eskalasiyası kimi qiymətləndirilib-qiymətləndirilməməsi barədə sualı cavablandırarkən bu qərarın belə şərh edilməməli olduğunu vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.