
“gece.ws” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, hadisə Pentaqon rəhbəri Pit Heqsetin iki Koreya dövləti arasındakı demilitarizasiya zonasına səfərindən bir saat əvvəl baş verib.
Burada onun Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek ilə görüşünün planlaşdırıldığı bildirilir.
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Sarı dənizin şimal hissəsi istiqamətində təxminən 10 raket buraxıb.
Xatırladaq ki, daha əvvəl Pxenyan, Çin Sədri Si Cinpin və Cənubi Koreya Prezidenti Li Çje Myon arasında danışıqlar zamanı da 10 raket buraxmışdı.