Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.13.2026 | 05:15 | Baxılıb: 2592
ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı səfiri Mayk Uolts amerikalı hərbçilərlə birlikdə idman edərkən çəkilən görüntülərini paylaşıb.

“gece.ws” xəbər verir ki, səfir Cenevrədə ABŞ Dəniz Piyadaları ilə birgə “jim” hərəkətləri edərək, videonu “X” sosial media platformasında “Xidmətə hazırıq” mesajı ilə yayımlayıb.

Qeyd edək ki, bu, Uoltsun ilk belə paylaşımı deyil. O, 2024-cü ildə Hərbi Dəniz Qüvvələri və Ordu komandaları arasında keçirilən Amerika futbolu oyunundan sonra uduzduğu mərcə əsasən 44 dəfə “jim” etmiş və həmin görüntüləri də “X” hesabında paylaşmışdı.

Əlavə edək ki, Mayk Uolts özü də keçmiş hərbçidir. O, ABŞ Ordusunun xüsusi təyinatlı qüvvələrində xidmət edib, həmçinin, ölkəsinin Yaxın Şərq və Afrikadakı əməliyyatlarında iştirak edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.