Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.19.2026 | 18:18 | Baxılıb: 1347
Bayram günləri ilə əlaqədar paytaxtdan bölgələrə səfər edən, eləcə də bölgələrdən paytaxta gələn vətəndaşların hərəkəti nəzərə alınaraq, Bakı şəhərinə giriş və çıxış istiqamətlərində nəqliyyat axını tənzimlənir, hazırda hərəkətin fasiləsizliyinə maneə yaradan ciddi sıxlıq müşahidə olunmur.

“gece.ws” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması məqsədilə DYP əməkdaşları tərəfindən qeyd olunan istiqamətlərdə gücləndirilmiş rejimdə xidmət təşkil edilib, nəqliyyat axını operativ şəkildə tənzimlənir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.