Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.16.2025 | 14:52 | Baxılıb: 5929
“Bu gün çox kədərli bir gündür. Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir”.

“gece.ws” xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov Xalq artisti Hacı Murad Yagizarovun dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

“Murad müəllim həm kino, həm də teatr sahəsində unudulmaz obrazlar yaratmış görkəmli bir aktyor idi. Onun kinoda canlandırdığı rollar dillər əzbəridir və tamaşaçıların yaddaşında dərin iz buraxıb. Mənim bəxtim gətirib ki, onunla həmkar olmuşam”, - O.Əmirbəyov bildirib.  

Nazir müşavirinin sözlərinə görə, Xalq artisti səhhətində yaranan problemlərə görə bir müddət idi ki, Bakıya gələ bilmirdi. 

“Lakin vəfat etdikdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə vətənə gətirildi və vətənində də dəfn olundu”.

Lamiyə Məmmədova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.