Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.07.2026 | 18:54 | Baxılıb: 2847
Dünyaşöhrətli müğənni Ledi Qaqa səhhətindəki problemlərə görə Kanada konsertini ləğv etdiyini açıqlayıb.

“gece.ws”  xəbər verir ki, sənətçi bu barədə instaqram hesabında yazıb.

Belə ki, Ledi Qaqa aprelin 7-də Monrealdakı Bell Mərkəzində çıxış etməli idi. Müğənninin sözlərinə görə, ona tənəffüs yolu infeksiyası diaqnozu qoyulub. Həkim ona səhhətini pisləşdirməmək üçün yaxın vaxtlarda çıxış etməməyi tövsiyə edib.

“Sizi ruhdan saldığım üçün özümü çox pis hiss edirəm. Bu axşam üçün planları olan və məni dəstəkləyən hər kəsdən çox üzr istəyirəm. Sadəcə olaraq, layiq olduğunuz keyfiyyətli konserti təqdim edə bilməyəcəm”, - deyə ulduz müğənni qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.