
“gece.ws” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Q.Nəsirovun qardaşı, Rəsul Nəsirov Bakıda hərbi hospitalda dünyasını dəyişib.
Qeyd edək ki, Rəsul da qardaşı kimi hərbçi olub. O, 2 il əvvəl Xankəndi şəhərinə gedərkən yol qəzasına düşüb və həmin hadisədə ağır xəsarətlər alıb. Uzun müddət müalicə olunan Rəsul Nəsirovun həyatını xilas etmək mümkün olmayıb.