
“gece.ws” xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Alvaro Arbeloa bud əzələsindən zədə alan futbolçusu Cud Bellinqem barədə deyib.
O bildirib ki, C.Bellinqem dünyanın ən yaxşı oyunçularından biridir: “O, lider və hər kəs üçün nümunədir. Yoxluğu çox hiss olunur. Əgər onu indi sağaltmaq üçün sehirli eliksirim olsaydı, mütləq istifadə edərdim”.
Qeyd edək ki, ingiltərəli oyunçu zədə səbəbindən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.