
Bu barədə “gece.ws”ya AFFA-dan məlumat verilib.
Məlumata görə, hər iki hakimin adı bu gün keçirilən “Qarabağ” - “Karvan-Yevlax” və sabahkı “İmişli” - “Turan Tovuz” matçlarından çıxarılıb.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tovuzluların narazı qaldığı və baş hakim Əliyar Ağayevin penalti təyin etmədiyi epizodlarda referinin qərarlarını yanlış adlandırıb, onun səhv qərar verdiyini təsdiqləyib.
Xatırladaq ki, “Turan Tovuz”un prezidenti Ehtiram Quliyev məsələyə dair sərt açıqlama verərək futbolçuların haqqını hakim Əliyar Ağayevə halal etmədiyini bildirib.
