Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.22.2026 | 21:21 | Baxılıb: 3059
Fransa millisinin hücumçusu Kilian Mbappenin ispaniyalı aktrisa Ester Eksposito ilə münasibəti sosial şəbəkələrdə yenidən gündəm olub.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, cütlük daha öncə bir neçə dəfə birlikdə görüntülənsələr də, münasibətləri ilə bağlı açıqlama verməyərək bunu ictimaiyyətdən gizli saxlayıb.

Məlumata görə, fransalı hücumçu yanlışlıqla Ekspositonun otel otağında çəkilmiş fotosunu instaqram hekayəsində paylaşıb. Paylaşım qısa müddət sonra silinsə də, sosial şəbəkələrdə yayılıb.

Həmçinin cütlüyün dünya çempionatının final oyununu Mayami sahillərində lüks yaxtada birlikdə izlədiyi qeyd olunub.

Bildirilib ki, 2026-cı il dünya çempionatından sonra Mayamidə istirahət edən Mbappe və Eksposito yenidən birlikdə restoran və gecə klubunda görüntüləniblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.