Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.20.2026 | 11:39 | Baxılıb: 1514
“Hapoel” (Beer-Şeva) yüksək səviyyəli komandadır”.

“gece.ws” xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Liqtvalı mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb: “Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar. “Hapoel” yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.