Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.25.2026 | 17:02 | Baxılıb: 8785
Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.

“gece.ws"in əldə etdiyi məlumata görə, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.

Səbail rayonunun Azadlıq prospektindəki həmin obyekt 50, 6 kv.metr ərazidə yerləşir. İcra məmuru əmlakı ilk hərracda satıb.

Xəri rus dilində oxuyun: С молотка: продана недвижимость экс-министра Муслимова

Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.