Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.29.2025 | 09:38 | Baxılıb: 1017
Şəmkir rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.  

“gece.ws"in məlumatına görə, 41 yaşlı Ehtiram Hüseynov münaqişə zəminində 20 yaşlı Kazım Əliyevə və onun əmisi oğlu 26 yaşlı Sübhan Əliyevə əl və qol nahiyələrindən bıçaqla xəsarət yetirib. Hər iki şəxsin vəziyyəti stabildir.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Əliyevə və K. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.