Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2026 | 15:03 | Baxılıb: 1332
Ötən gün Şəmkir nasos stansiyası ərazisində qəza baş verib, ətrafa xeyli su yayılıb.

“gece.ws” xəbər verir ki, buna səbəb nasos stansiyaya gələn 110 kVt-lıq xəttində açılmanın baş verməsidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub: “Su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması təmin edilib”.

Mövzu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) də sorğu ünvanlamışıq.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.