Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.22.2026 | 10:30 | Baxılıb: 4506
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarını vuracağı ilə bağlı təhdidinə cavab verib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı SEPAH yazılı açıqlama yayıb.

“İranın yanacaq və enerji infrastrukturuna düşmən tərəfindən hücum baş verərsə, bölgədə ABŞ və sionist rejimə məxsus bütün enerji, informasiya texnologiyaları və şirin su təmizləmə infrastrukturları hədəf alınacaqdır”, - açıqlamada deyilir.

Xatırladaq ki, Tramp İranın 48 saat ərzində Hörmüz boğazını açmaması halında, bu ölkənin elektrik stansiyalarına  zərbə endirəcəklərini bildirmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.