Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.22.2026 | 17:10 | Baxılıb: 2390
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının komandanı Kəyumərs Heydəri ölkənin qərb və şimal-qərb sərhədlərinə yoxlama səfəri həyata keçirib.

“gece.ws” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Səfər zamanı o, bölmələrin hazırlıq səviyyəsini və sərhəd istiqamətlərindəki vəziyyəti qiymətləndirib. Heydəri sərhəd pozucularının hər hansı hərəkətinin sərt və qətiyyətli cavabla qarşılanacağını bildirib.

Qeyd edək ki, İran qərbdə İraqla, şimal-qərbdə isə Türkiyə, Ermənistan və Azərbaycanla həmsərhəddir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.