Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.01.2026 | 18:31 | Baxılıb: 2023
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında İsrail ilə əlaqəli olduğu iddia edilən “Aqua 1” neft tankerinə raket zərbəsi endirdiyini elan edib.

“gece.ws” xəbər verir ki, bu barədə hərbi təşkilatın özü məlumat yayıb.

Bildirilib ki, raket zərbəsi nəticəsində tankerdə yanğın başlayıb. SEPAH rəsmiləri gəminin İsrailə məxsus olduğunu və hədəfin dəqiqliklə vurulduğunu qeyd ediblər.

Lakin buna baxmayaraq, Qətər Müdafiə Nazirliyi və “QatarEnergy” şirkəti fərqli məlumat yayıb. Bildirilib ki, “Aqua 1” gəmisi, əslində, Qətərə məxsusdur və İran tərəfindən atılan üç qanadlı raketdən ikisi zərərsizləşdirilib, biri isə gəmiyə isabət edib. Hadisə zamanı xəsarət alan olmayıb və neft sızması qeydə alınmayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlardan sonra regionda vəziyyət gərgin olaraq qalır. Hücumlar nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürülməsindən sonra SEPAH Hörmüz boğazına tam nəzarət etdiyini və buradan keçməyə cəhd edən “düşmən” gəmilərini hədəf alacağını bəyan edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.