
“gece.ws” xəbər verir ki, general bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Təngsiri İran xalqının küçələrdəki dəstəyinin regionda yeni tənzimləmələrə yol açacağını bildirərək, hədəf siyahısının yeniləndiyini vurğulayıb:
“ABŞ ilə əlaqəli neft qurğuları artıq Amerika bazaları ilə eyni səviyyədədir və şiddətli atəş altına alınacaq”.
SEPAH komandanı həmçinin həmin ərazilərdə çalışan işçilərə və mülki vətəndaşlara ciddi xəbərdarlıq edərək, onları bu obyektlərdən uzaq durmağa çağırıb.
Qeyd edək ki, sözügedən bəyanat ABŞ və İsrailin İranın cənubundakı neft-qaz yataqlarına, o cümədən Əsəluyə bölgəsinə endirdiyi zərbələrə cavab kimi qiymətləndirilir.