Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 14:51 | Baxılıb: 13312
SEPAH sözçüsü Əliməhəmməd Naini ABŞ Prezidenti Donald Trampa müraciət edib.

“gece.ws” xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, SEPAH sözçüsü deyib ki, ABŞ hərbi gəmilərinin neft tankerlərini Hörmüz boğazı vasitəsilə müşayiət etməsinə razıdırlar:

“İran ABŞ hərbi qüvvələrinin tankerləri müşayiət etməsini məmnuniyyətlə qarşılayır və onların boğazda görünməsini gözləyir”.

O vurğulayıb ki, amerikalılar qərar verməzdən əvvəl 1987-ci ildə ABŞ-yə məxsus “Bridgeton” supertankerində baş verən hücumu və son vaxtlar tankerlərə edilən hücumları da nəzərdən keçirməlidirlər.

Xatırladaq ki, daha əvvəl Tramp bildirmişdi ki, zəruri olarsa, ABŞ Hərbi Dəniz Qüvvələri neft tankerlərini Hörmüz boğazında müşayiət edə bilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.