
“gece.ws” TASS agentliyinə istinadən xəbər verir ki, SEPAH Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən iki mühüm hərbi obyektİ hədəfə alıb.
“BƏƏ-dəki “Əl-Dəfra” və Bəhreyndəki “Əl-Cufayr” bazalarında Amerika hərbi qulluqçularının cəmləşdiyi nöqtələr raketlər və hücum dronları ilə uğurla vurulub”, – deyə SEPAH-ın bəyanatında bildirilib.
Xatırladaq ki, BƏƏ Müdafiə Nazirliyi bu gün səhər saatlarından etibarən ölkə səmasında 8 ballistik raket və 26 dronun zərərsizləşdirildiyini təsdiqləyib. Daha 9 dronun ölkə ərazisinə, bir raketin isə dənizə düşdüyü qeyd olunub.