Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.18.2026 | 10:59 | Baxılıb: 4165
Türkiyəli aktyor Akın Akınözü yeni layihəsi üçün imicini dəyişib. 

“gece.ws” Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Aşk ve Taht” serialında Sultan Əlaəddin Keyqubad obrazını canlandıracaq.

Aktyor bu rol üçün uzun müddətdir hazırlıq görür və obrazın tələblərinə uyğun olaraq imicini tamamilə yeniləyib.

Onun yeni görünüşü dövrün ab-havasını və hökmdar obrazını əks etdirəcək şəkildə hazırlanıb. Akın Akınözünün yeni imici sosial mediada geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, 36 yaşlı aktyor “Hercai”, “Muhteşem Yüzyıl Kösem”, “Aslan Ailem”, “Kaderimin Oyunu”, “Tuzak” və “Veliaht” kimi seriallardakı rolları ilə tanınır.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.