Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2026 | 03:29 | Baxılıb: 6251
Türkiyənin məşhur “Teşkilat” serialında “Bahar” obrazını canlandıran aktrisa Buçe Buse Kahraman üç illik sevgilisi Kaan Akyıldızdan evlilik təklifi alıb.

“gece.ws” xəbər verir ki, cütlük hazırda ABŞ-də istirahətdədir.

Aktrisa sevgilisinin oradakı təklifinə müsbət cavab verib.

O, həmin anlardan fotoları sosial media hesabında paylaşaraq “Artıq ən sevdiyim nağıl “Kiçik su pərisi” deyil”- sözlərini yazıb.

Maraqlıdır ki, aktrisa sözügedən serialın sezon finalında da gəlinlik geyinmişdi.

Qeyd edək ki, Buse Kahraman daha öncə “Yalı Çapkını” serialında “Pelin” obrazını canlandırırdı.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.