
“gece.ws” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran parlamenti sədrinin birinci müavini Əli Nikzad danışıb.
“İranın 10 şərti qəbul edilməsə, Ali Lider sazişin imzalanmasına icazə verməyəcək”, - o bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında sülh danışıqlarının aprelin 10-da Pakistanın paytaxtı İslamabad şəhərində keçirilməsi planlaşdırılır. Danışıqlarda İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik edəcəyi barədə xəbərlər yayılıb.