Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.13.2026 | 18:18 | Baxılıb: 1073
“İspaniyanın Seuta muxtar şəhərində hazırda 5 minə yaxın qanunsuz miqrant qalmaqdadır”​.

“gece.ws” xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “El País” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda şəhərdə 880-ə yaxın polis və 714 Mülki Qvardiya əməkdaşı fəaliyyət göstərir. Bununla belə, o, Seutada hüquq-mühafizə orqanlarının iştirakının daha da gücləndiriləcəyini əlavə edib.

Xatırladaq ki, iyulun sonunda İspaniya Ali Məhkəməsinin sığınacaq istəmək imkanı vermədən qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasını qadağan etməsindən sonra Mərakeşdən on minlərlə miqrant qanunsuz olaraq Seutaya daxil olub.

Yaranmış vəziyyət Madrid ilə Roma arasında diplomatik münaqişəyə səbəb olub və İtaliya İspaniyanı Şengen zonasından çıxarmaqla hədələyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.