Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 11:25 | Baxılıb: 1381
Sevastopol yaxınlığında hərbçi silah yoldaşlarına və dinc sakinlərə atəş açıb.

“gece.ws” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Regionun qubernatoru Mixail Razvojayev ölənlərdən 1 nəfərin hərbçi, qalan 3 nəfərin isə mülki şəxslər olduğunu açıqlayıb. 

“İlkin məlumatlara görə, hərbi qulluqçu silah yoldaşlarına atəş açıb. Nəticədə, bir nəfər həlak olub, bir nəfər yaralanıb. Bundan sonra həmin şəxs Xmelnitski kəndində daha üç nəfəri yaralayıb, həmçinin 59, 64 və 71 yaşlı üç dinc sakini qətlə yetirib”, - qubernator bildirib.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.