
“gece.ws” xəbər verir ki, gərgin və bolqollu oyunun ardından hər iki komandanın bir neçə futbolçusu meydanın mərkəzində bir araya gələrək birlikdə dua edib.
Qələbə sevinci və məğlubiyyət məyusluğunun kölgəsində baş tutan bu an futbolsevərlər tərəfindən idmanda hörmət və həmrəyliyin nümunəsi kimi qiymətləndirilib.
Azarkeşlər oyundan sonra yaşanan bu səmimi anın rəqabətin fövqündə duran dostluq və qarşılıqlı hörmət mesajı verdiyini vurğulayıblar. Görüntülər dünya çempionatının ən yaddaqalan epizodlarından birinə çevrilib.