Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 04:34 | Baxılıb: 14631
“Qarabağ”da sürpriz transfer gerçəkləşib.

“gece.ws” Sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ramil Şeydayevlə razılığa gəlib.

“Neftçi” ilə qarşılıqlı razılıq əsasında yollarını ayıran hücumçu 2 illik fasilədən sonra yenidən “köhlən atlar”ın heyətinə qayıdıb.

29 yaşlı futbolçu daha əvvəl 2017-2018 və 2021-2023-cü illərdə “Qarabağ”da forma geyinib.

Şeydayev peşəkar karyerası ərzində “Zenit” (Rusiya), “Trabzonspor” (Türkiyə), “Jilina” (Slovakiya), “Krılya Sovetov” (Rusiya), “Dinamo” (Moskva, Rusiya) və “Buriram Yunayted”də (Tayland) çıxış edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.