
“gece.ws” xəbər verir ki, görüş Müqəddəs Pyotr Meydanında keçirilən ümumi audiensiyadan sonra baş tutub.
Şeyxülislam Roma Papasına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb, Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat verib.
QMİ sədri bildirib ki, Papa XIV Leonu Azərbaycanda görmək böyük şərəf olar. Roma Papasının ölkəmizə səfər edəcəyi təqdirdə Azərbaycandakı dinlərarası harmoniyanı, dövlət-din münasibətlərinin yüksək səviyyəsini və multikulturalizm mühitini əyani şəkildə görə biləcəyi qeyd olunub.
Papa Leo isə ölkəmizə səfər etməyə rəğbətlə baxdığını, iş qrafikinə görə bunu tənzimləyəcəyini deyib.

