Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.25.2026 | 14:29 | Baxılıb: 28116
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.

“gece.ws” Manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq Əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad olunub.

Onunla bağlı qərar bir neçə gün əvvəl verilib.

Xəbəri rus dilində oxuyun: Сын Аллахшукюра Пашазаде уволен из ASCO

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğludur.

***

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “Trend”ə bildirilib ki, Məhəmməd Paşazadə vəzifəsindən öz ərizəsi əsasında ayrılıb: “Proses əmək qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun şəkildə həyata keçirilib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.