Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2025 | 12:08 | Baxılıb: 5073
Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.

“gece.ws” “Report”a istinadən xəbər verir ki, bu barədə QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü geniş iclasında məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.

A.Paşazadə bildirib ki, bu təyinat QMİ-də daha bir müavinə ehtiyac olduğuna görə həyata keçirilib.

Qeyd edək ki, C.Rüstəmov həm də Nərimanov rayonu Cümə məscidinin imamıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.