Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.27.2026 | 12:37 | Baxılıb: 3389
Bu gün növbəti mövsüm üçün Azərbaycan I Liqasına vəsiqə qazanan son komanda məlum olacaq.

“gece.ws” xəbər verir ki, saat 16:00-da Şamaxı şəhər stadionunda başlayacaq pley-off oyununda “Şimal” “Qaradağ Lökbatan”la qarşılaşacaq.

Oyunda VAR sistemi də tətbiq ediləcək.

Qeyd edək ki, 2025/26 mövsümündə “Şimal” 1-ci liqada 9-cu, “Qaradağ Lökbatan” isə 2-ci liqada 2-ci yeri tutub.

***

“Şimal” komandası 2026/2027 mövsümündə də futbol üzrə Azərbaycan I Liqasında çıxış edəcək.

Xaçmaz təmsilçisi çempionata vəsiqə uğrunda pley-off oyununda “Qaradağ Lökbatan”a qalib gəlib. Şamaxı şəhər stadionunda keçirilən matç 2:1 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, “Şimal” cari mövsüm I Liqanı 11-ci, “Qaradağ Lökbatan” isə II Liqanı 2-ci pillədə başa vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.