
“gece.ws” xəbər verir ki, Simonyan “Instagram” hesabında Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsində nikahın dövlət qeydiyyatı sənədlərini imzaladığını əks etdirən görüntüləri paylaşıb.
“Biz də ərizəni imzaladıq”, - o, paylaşımında yazıb.
Qeyd edək ki, A.Simonyan ötən il həyat yoldaşı Maryam Marqaryandan boşanıb. 26 yaşlı Qubryan 46 yaşlı Simonyanın dostunun qızıdır.

