Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.13.2026 | 12:26 | Baxılıb: 1907
Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi təyin edilib. 

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bununla bağlı Sərəncam imzalayıb.

O bu vəzifədə Armen Qriqoryanı əvəz edib. 

N.Paşinyan daha əvvəl hökumətin iclasında çıxışı zamanı A.Qriqoryanın iclasda sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi qismində iştirak etdiyini bildirib. O bu vəzifəni təxminən 8 il icra edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş nazirinin Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edəcəyi ilə bağlı iddialar yayılmışdı. Bildirilirdi ki, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.