Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
SOCAR AFFA-ya 13 milyon manat ayırıb
 
						SOCAR AFFA-ya 13 milyon manat ayırıb
Əlavə olunub: 04.11.2025 | 10:30 | Baxılıb: 1295
AFFA-nın baş sponsoru olan SOCAR tərəfindən milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği bəlli olub.

“gece.ws” xəbər verir ki, bu barədə AFFA-nın Hesabat Konfrasında məlumat verilib. 

Bildirilib ki, AFFA-nın milli komandaların, AFFA-nın balansında olan stadionların saxlanılması, AFFA-nın tərkibində olan federasiyalar və üzvlərin maliyyələşməsi, uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət olan müxtəlif yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun inkişafı, turnirlərin, beynəlxalq və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar 2024-cü ildə SOCAR tərəfindən AFFA-ya 13 milyon manat maliyyə vəsaiti ayrılıb.

Elsevər Məmmədov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.