Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.16.2026 | 14:52 | Baxılıb: 860
Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak edən suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Mehri Ağayeva qızlar arasında E qrupu üzrə 1 metr tramplindən tullanma kateqoriyasında gümüş medala layiq görülüb. 

“gece.ws” xəbər verir ki, İdmançımız 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub. 

Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Qeyd edək ki, Sofiya şəhərində 14-17 iyul tarixləri arasında keçirilən turnirdə 15 ölkədən ümumilikdə 187 idmançı çıxış edir. Milli komandamız yarışa 7 idmançıyla təmsil olunub: Alisa Hacıyeva (12 yaş), Ayla Hüseynova (12 yaş), Maqsud Tahirli (12 yaş), Mehri Ağayeva (8 yaş), Muhəmməd Hüseynov (9 yaş), Sofiya Ağayeva (6 yaş), Suada Tahir (14 yaş). Baş məşqçi – Anton Melnikov, məşqçi – Angelina Melnikova.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.