Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.06.2026 | 22:06 | Baxılıb: 2560
Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

“gece.ws” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Z.Ağazadə inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.