Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şoyqunun müavini saxlanıldı
 
						Şoyqunun müavini saxlanıldı
Əlavə olunub: 04.23.2024 | 22:51 | Baxılıb: 10859
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb.

“gece.ws” xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) ölkənin müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.

Timur İvanov azı 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinir.

Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.