Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.05.2026 | 14:04 | Baxılıb: 2028
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, naməlum şəxs gecə saatlarında zərərçəkənin “Chevrolet” markalı avtomobilindən mobil telefonunu talayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı İ.Eynullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənin sükan arxasında yatmasından və maşının qapılarının açıq olmasından sui-istifadə edərək oğurluq əməlini həyata keçirib. Hadisə anı təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.