Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 17:50 | Baxılıb: 1062
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanma tarixi və yeri hələ müəyyən edilməyib”.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“İmzalanmanın dəqiq tarixi və yeri məlum deyil. Amma mən elə indi imzalanma yeri və tarixi ilə bağlı məsləhətləşmələrə başlamağa hazıram”, - Mirzoyan bildirib.

O, tərəflərin yaxın gələcəkdə sülhün institutlaşdırılması istiqamətində addımlar atacağına ümid etdiyini deyib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.