
“gece.ws” xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanal vurğulayır ki, memorandum hələ hazırlanma mərhələsindədir və onun təfərrüatları aydın deyil. Bu, mahiyyətcə, yalnız iki faktı təmin edən çərçivə sazişidir:
“Müharibənin dayandırılması və Hörmüz boğazının açılması, ABŞ-nin İran limanlarının blokadasının götürülməsi. Qalan hər şey növbəti iki ay ərzində danışıqların mövzusu olacaq”.