Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.02.2026 | 09:16 | Baxılıb: 1136
Misli Premyer Liqasında XXX tura bu gün start veriləcək.

“gece.ws” xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Sumqayıt” “Kəpəz”in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 38 xalla yeddinci, Gəncə klubu 21 xalla onuncu pillədə qərarlaşıb.

Saat 18:30-da “Araz-Naxçıvan” və “İmişli” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Görüş Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncu sıradadır.

Xatırladaq ki, tura mayın 5-i yekun vurulacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.