Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.12.2025 | 05:35 | Baxılıb: 2784
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

“gece.ws” Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.

Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.

Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.