Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.02.2025 | 09:35 | Baxılıb: 4357
Sumqayıtda 40 yaşlı Aygün Bağırova küçədə bıçaqlanaraq qətlə yetirilib. 

“gece.ws” Baku TV-yə istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində baş verib. 

Onun əri tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə ər-arvadın arasında mübahisə olub. Sonra isə kişi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb, qadın xəstəxanaya çatdırıldıqdan bir qədər sonra vəfat edib. 

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır. 

Daha ətraflı süjetdə:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.